Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiya iclasında çıxış edir.
Musavat.com xəbər verir ki, Ərdoğan ölkədə son bir həftə ərzində baş verən hadisələrə, o cümlədən İstanbulun keçmiş meri Əkrəm İmamoğlu və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının aksiyaları barədə danışır.
Prezident ölkədə bəzi qrupların nifaq salmağa çalışdığını bildirib. Onun sözlərinə görə, bu gün AK-yə yönəlik düşmən hərəkətlərinin kökündə insanların ideoloji düşüncələrini istismar edən qruplar dayanır.
O, burada xarici qüvvələrin də rolunun az olmadığını söyləyib. Bundan başqa, Ərdoğan Türkiyədə “5-ci kolon”un aktiv olduğunu vurğulayıb.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ