İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğandan İKİNCİ TUR mesajı - Qarşıdakı günlərdə...

“Biz Cümhur İttifaqı olaraq ölkəmizdə keçirilən ən kritik seçkilərin ilk sınağından çıxdıq. Allahın izni ilə 28 mayı "Türkiyə Yüzyılı"nın müjdəçisi edəcəyik”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabındakı paylaşımında qeyd edib.

Seçicilərinə təşəkkür edən Türkiyə lideri bildirib ki, təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə aparıb:

"Zəhmətinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verib. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır... Seçkilərin ikinci turu 27 May çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək.

Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq. Bizə qayğı göstərən, lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla ödəyə bilərik".

Ərdoğan qeyd edib ki, Türkiyə ondan xidmət, hərəkət gözləyir, millət hədəflərinə çatmağı gözləyir:

"Biz artıq 28 may seçkisi üçün işə başlamışıq. İnşallah, qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik. Allahın izni ilə 28 mayı "Türkiyə Yüzyılı"nın müjdəçisi edəcəyik. Sizə güvənirəm".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR