İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan meydan oxudu: Bu işi bitirəcəyik!

"Biz 14 May seçkilərinə demokratiya bayramı kimi baxırıq".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ümraniyedə təşkil edilmiş mitinqində çıxışı zamanı deyib.

"Nə qədər ki bir yerdəyik, Allahın izni ilə koalisiya masasını yıxıb, terror və sələmçi kürsüsünü əzəcəyik. Bu işi birinci mərhələdə başa vuracağıq" - o bildirib.

Ərdoğan prezidentliyə digər namizəd Kamal Kılıçdaroğlunun Türkiyəyə düşmən mövqeyində olduğunu deyib:

"Öz ölkəsinə düşmənçilik edərək, seçkidə qalib gəlmək olarmı? O yalan üstünə yalan danışır. Separatçı təşkilatın rəhbərlərinin verdiyi dəstək bəyanatları onu narahat etmir. Ölkənin idarəçiliyini ələ keçirsələr, separatçı təşkilatlara qarşı əməliyyatlarımızı dayandıracaq".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR