İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan Kılıçdaroğluna MEYDAN OXUDU: İstədiyimizi edirik!

"Dedilər ki, ölkəmizin ən böyük iqtisadi tərəfdaşı olan Rusiyaya qarşı sanksiyalarda iştirak etməklə Qərb nə istəsə, onu edəcəyik. Bay bay Kamal, (Kamal Kılıçdaroğlu - red.) biz Türkiyənin istədiyini edirik, Qərbin istədiyini yox".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən “Vətəndaş Dərnəkləri Yığıncağı”nda deyib.

"Sözə baxın. Anlayışa baxın. Biz nə günə dururuq ki, qərb nə istəsə, onu edək?! Bizim siyasət kitabımızda belə bir şey yoxdur" - o bildirib.

Ərdoğan qeyd edib ki, əgər CHP hakimiyyətə gəlsə, LGBT-yə dəstək verəcək:

"Dedilər ki, biz bağlayacağıq. Bu ölkənin milli qurumlarını, milli maraqlarını müdafiə edən bütün strukturları bağlayacaqlar. Onlar bizim ailə institutumuzu və uşaqlarımızın gələcəyini hədəfləyən azğın cərəyanların inkişafına və çiçəklənməsinə dəstək verəcəklər. CHP sədrinin prezident olacağı təqdirdə görəcəyi işlərin siyahısını uzatmaq olar. Onlar LGBT-yə yol verəcəklər. LGBT Cümhur İttifaqına sıza bilərmi? Biz ailənin müqəddəsliyinə inanırıq. Biz heç vaxt ailə institutumuzu ləkələyə bilmərik. Seçkidən əvvəl nə deyirdik ki, konstitusiya dəyişikliyi ilə biz ailə institutunun birdəfəlik möhkəmlənməsi üçün lazımi addımları atacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR