Onlayn ictimai-siyasi qəzet
Fevral ayında Yer kürəsində bir neçə maqnit qasırğası gözlənilir ki, bu da meteohəssas insanların sağlamlığına təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, ABŞ Milli Okeanoqrafiya və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin məlumatına görə, fevralın 17 və 20-də mülayim, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları proqnozlaşdırılır.
Bu günlərdə Yerin maqnit sahəsində güclü dalğalanmalar baş ağrıları, yorğunluq, qan təzyiqi problemləri və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində Yerin maqnit sahəsində yaranan dalğalanmalardır. Bu hadisələr meteohəssas insanlarda baş ağrıları, qan təzyiqində dəyişikliklər, artan yorğunluq, əsəbilik və yuxu pozğunluqları kimi simptomlara səbəb ola bilər.
Mütəxəssislər meteohəssas və xroniki xəstəlikləri olan insanlara bu günlərdə sağlamlıqlarına xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Belə günlərdə açıq havada daha çox vaxt keçirmək, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək məsləhət görülür.
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ