Onlayn ictimai-siyasi qəzet
Hondurasın şimalında ölkə prezidenti Siomara Kastronu daşıyan helikopter cəngəlliyə məcburi eniş edib.
Musavat.com xəbər verir ki, bu barədə "El Heraldo" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə hava şəraitinə görə baş verib.
İlkin məlumata görə, 65 yaşlı Kastro San-Pedro-Suladan paytaxt Tequsiqalpaya qayıdırmış. Lakin El-Balin rayonunda onun helikopteri təcili eniş edib.
Honduras prezidentinin və onunla birlikdə olan sərnişinlərin xəsarət almadığı bildirilir. O, hadisə yerindən polis maşını ilə təxliyə edilib. Kastro bildirib ki, ekipaj güclü duman səbəbindən əvvəlcə San-Pedro-Sulaya qayıtmağı planlaşdırsa da, daha sonra helikopteri cəngəllikdə endirməyə qərar verib.
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ