İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu ölkə İraq və Suriyadan çəkilir

Danimarka Müdafiə Nazirliyi bütün əsgərlərini və hərbi müşavirlərini İraq və Suriyadan geri çəkməyə qərar verib.

Musavat.com xəbər verir ki, Ərbil mərkəzli "Rudaw" xəbər agentliyinin məlumatına görə, İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasının tərkibində İraq və Suriyada əsgərləri olan Danimarka bu qərarı "ölkə sərhədlərinə yaxın təhdidlərlə mübarizə" məqsədilə verdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada İraq və Suriyada İŞİD üzvlərinin sayının azaldığı qeyd olunub: “Bizim töhfəmizə artıq eyni dərəcədə ehtiyac yoxdur”.

Danimarka Müdafiə Nazirliyinin bəyanatında “qabaqcıl təhdidlərə” diqqət çəkilib: “Yaxın çevrəmizdə gördüyümüz təhdidlərə qarşı mübarizə aparmaq üçün döyüş gücümüzü yenidən qurmalıyıq”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayından İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasına üzv olan Danimarkanın İraq və Suriyada 300 əsgəri və hərbi məsləhətçisi var idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR