Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
***
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarlardan birində böyük yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisə dəqiqələr öncə qeydə alınıb və qısa müddətdə alov sürətlə yayılaraq ətraf ərazilərdən də aydın görünməyə başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən məlumata görə, yanğınla bağlı məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində intensiv əməliyyat davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Zərərçəkənlərin olub-olmaması barədə də rəsmi açıqlama verilməyib.
Musavat.com hadisə ilə bağlı yeni məlumatları təqdim edəcək.
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ