İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 10 ildə ilk dəfə su ehtiyatlarımız artırılıb – Müşavir açıqladı 

“Son 15 gün ərzində dağlıq ərazilərdə belə sürətli qarın yağması su ehtiyatımızı artırıb”.

Musavat.com xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mingəçevir , Şəmkir və Araz su anbarlarında 75 faizdən çox su ehtiyatı artırılıb.

“Son 10 ildə ilk dəfə su ehtiyatlarımızın artırılmasına nail olduq. Tam əminliklə deyə bilərəm ki, yay mövsümündə istər aran rayonlarında, istərsə də paytaxtda su ehtiyatımız əhalini təmin etməyə imkan verəcək.

Lakin bu o demək deyil ki, qar və yağış yağanda sudan qeyri-səmərəli istifadə edirik. Mərkəzi şəhərlərimizdə yol infrastrukturunda və digər ərazilərdə yağış sularının axıdılması, təkrar mexaniki təmizləmə və digər sahələrə qaytarılması istiqamətində işlər icra olunur. Bakı şəhərinin bəzi küçələrində artıq yağış kollektorlarının qoyulması və genişlənməsi davam edəcək.Bakı ətrafında təbii göllərin təmizlənməsi və ekoloji zonaya çevrilməsi, yağış sularının həmin mənbələrə ötürülməsi istiqamətində müəyyən layihələr icra olunur. Yaxın illərdə bu layihələr yaxşı müstəvidə həllini tapıb ictimaiyyətə təqdim olunacaq”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR