İnsanlara hürriyət, millətlərə istiqlal!

Somali XİN: Azərbaycan və Türkiyə ilə üçtərəfli formatı çox yüksək qiymətləndiririk

Somali Azərbaycan və Türkiyə ilə üçtərəfli formatı çox yüksək qiymətləndirir.

Bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Somalidə qazma işləri həyata keçirəcək ilk ölkə olacaq.

Xatırladaq ki, 2025-ci ilin fevral ayında Azərbaycan və Somali neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Sənəd neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminar və forumların keçirilməsini nəzərdə tutur./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR