Onlayn ictimai-siyasi qəzet
Almaniya kanslerliyinə namizəd Fridrix Merts hazırkı kansler Olaf Şoltsun ona qarşı irəli sürdüyü ittihamları rədd edib.
Musavat.com xəbər verir ki, Şolts Mertsi Ukraynaya uzaqmənzilli Taurus qanadlı raketlərinin tədarükü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə ultimatum verməkdə günahlandırmışdı.
Merts isə açıqlamasında Putinə heç bir ultimatum vermədiyini bildirib. O, yalnız silahların istifadə məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Taurus raketlərinin Ukraynaya göndərilməsinə icazə verilməsini təklif etdiyini qeyd edib. Onun sözlərinə görə, bu addım Kiyevə münaqişənin gedişatına təsir etmək üçün əlavə imkanlar yaradacaq.
Buna cavab olaraq, Olaf Şolts Mertsi riskli siyasətdə ittiham edərək, Almaniyanın təhlükəsizliyi ilə “rus ruleti” oynamamağa çağırıb.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ