İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Ukrayna münaqişəsi nizamlana bilərmiş - Putin rədd edib

Bu ilin fevral ayının 24-də Ukraynaya hücumdan dərhal sonra Vladimir Putinin müşaviri Dmitri Kozak ona Moskvaya sərf edən sülh razılaşmasını Kiyevlə razılaşdırdığını söyləyib. Lakin prezident onu dinləməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” “Reuters” agentliyinə istinadən məlumat yayıb.

Ukrayna doğumlu Dmitri Kozak Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsini tutur. O, bu postda Ukrayna siyasətinə kuratorluq edib.

“Reuters”in Kremlə yaxın mənbələrinin iddiasına əsasən, Dmitri Kozak savaş başladıqdan sonra rəsmi danışıqlar aparmaq üçün rəhbərlikdən kart-blanş alıb və Ukraynanın NATO-ya qoşulmayacağına dair rəsmi Kiyevlə razılığa gəldiyini bəyan edib. Bununla belə, Putin müharibəni davam etdirməyə üstünlük verib. Üçüncü mənbə israr edir ki, bu məsələ işğaldan sonra deyil, öncə baş verib.

Tammiqyaslı işğalın ilk günündə Moskva Ukrayna rəhbərliyi ilə neytrallıq və ağır silahlardan imtina halında danışıqlara hazır olduqlarını bəyan etmişdi, lakin daha sonra Kremlin iştahı ölkənin tam silahsızlaşdırılması və rejimin dəyişdirilməsi istəyinə qədər qabarıb. Hazırda Kiyev Rusiyanın öz qoşunlarını tamamilə çıxarana qədər hər hansı razılaşmanın əldə edilməsinin mümkünsüzlüyündən danışır.

Rusiyanın “Meduza” saytı öz qaynaqlarına istinadən bu ilin aprel ayından Dmitri Kozakın prezidentin gözündən düşdüyünü və qərar qəbul etməkdən kənarlaşdırıldığını yazır. Putin administrasiyasına yaxın mənbələrdən birinin sözünə görə, Kozak indi vəzifəsi olan, lakin səlahiyyətləri olmayan adama dönüb. Bundan başqa, o, Ukraynanın şərqində Rusiyanın qurduğu qondarma və oyuncaq “respublikalar”la bağlı hər hansı qərar vermək iqtidarından məhrum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR