Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Kiyevdə hökumət binalarına, o cümlədən parlamentə irimiqyaslı raket hücumunu nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə “Moskva Times” məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyi hücumun Kurskdakı insidentə cavab ola biləcəyini ehtimal edir.
Ukraynalı mənbə bildirib ki, Rusiya yüzlərlə raketi ata bilər və bu, hava hücumundan müdafiə sistemlərinə ciddi problem yaradacaq.
Ukrayna ordusunun nümayəndəsi mümkün hücumu böyük problem hesab edir, lakin Ukraynanın özünü müdafiə edə biləcəyinə əmindir.
Daha bir Ukrayna rəsmisi AFP-yə Rusiyanın Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə hücum planlarını təsdiqləyib. Mümkün hücumun dəqiq vaxtı hələlik məlum deyil.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ