Onlayn ictimai-siyasi qəzet
“Rusiya dağılsa, Şimali Qafqazda ipə-sapa yatmayan, altı-yeddi balaca, dayanıqsız ölkələr yarana bilər”.
Musavat.com xəbər verir ki, bunu Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Rusiya zəifləsin, amma dağılmasın. Dağılsa, ölkəmizdən şimalda (Şimali Qafqaz - red.) ipə-sapa yatmayan, altı-yeddi balaca, dayanıqsız ölkələr yarana bilər. İndi həmin bölgələr Kremldən aldıqları dotasiya və korrupsiya ilə dolanırlar. Belə bir gəlişmə məmləkət (Azərbaycan) üçün ciddi təhdid yaradacaq. Pulsuz, təhsilsiz, klanlarla idarə olunan və mövhumatla yüklənən qonşuluq təhlükə mənbəyidir”, - ekspert bildirib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ