İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK KƏŞFİYYAT MƏLUMATI: Moskva Bakı ilə gərginlik fonunda bu addımı atdı - DETALLAR

Rusiya Cənubi Qafqaz bölgəsində təsir imkanlarını genişləndirmək üçün Ermənistandakı Gümrü hərbi bazasında hərbçi sayını artırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, bazaya yeni canlı qüvvə cəlb olunur və bu prosesdə əsasən Rostov, Volqoqrad vilayətləri, eləcə də Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krımda xidmət etmiş hərbçilər üstünlük təşkil edir. Paralel olaraq, Kreml Şimali Osetiya və Adıgey kimi bölgələrdən də könüllülər toplamağa çalışır.

Ukrayna kəşfiyyatının sözçüsü Andrey Yusov qeyd edib ki, bu addımlar Rusiyanın regional balansı dəyişdirmək və geosiyasi sabitliyi sarsıtmaq məqsədi daşıyan daha geniş strategiyasının tərkib hissəsidir. Onun fikrincə, Kremlin bu cür hərbi fəallığı yalnız etnik və siyasi gərginliyi artırmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanla münasibətləri gərginləşdirməyə də hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR