İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HADİSƏ: Turist istirahətə getdiyi ölkədə 8 şəxs tərəfindən zorlandı

İspaniyanın Maqaluf bölgəsində 18 yaşlı britaniyalı turist bir qrup şəxs tərəfindən zorlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeddisi fransız və bir isveçrəli olmaqla 8 şübhəli həbs edilib. Hücum edənlərin zərərçəkənin yarı huşsuz vəziyyətdə olmasından istifadə edərək, hadisə zamanı videolar çəkərək sosial şəbəkədə paylaşdıqları iddia edilir.

Beş nəfər zorlamada, üç nəfər isə cinsi təcavüzdə ittiham olunur. Qeyri-etik rəftar və şəxsi həyatın toxunulmazlığına müdaxilə ittihamları da var. Otel rəhbərliyi səlahiyyətlilərlə əməkdaşlıq etdiyini və zərərçəkənə dəstək verdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR