İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK AÇIQLAMA: Haniyənin dəfnindən dərhal sonra İsrailə qarşı...

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə qarşı zərbələrin bir neçə cəbhədən başlanması ehtimalı var.

Musavat.com xəbər verir ki, bunu Beyrutdakı Hərbi-Strateji Araşdırmalar Mərkəzinin aparıcı analitiki Həsən Fəhs TASS-a bildirib.

Onun sözlərinə görə, Qətərdə İsmayıl Haniyənin dəfnindən qısa müddət sonra cavab hücumu başlayacaq, bunun yaxın bir-iki gün ərzində baş verməsi mümkündür:

"Dəməşqdə iranlı generalların ölümündən sonra İsrailə edilən hücumdan fərqli olaraq, Tehran bu dəfə əməliyyata regional müttəfiqlərini cəlb edə bilər. Belə ki, eyni anda bir neçə cəbhədən zərbə endirilə bilər, bu da İsrailin raketdən müdafiə sistemində müəyyən problemlər yaradacaq".

Ekspert vurğulayıb ki, bu dəfə raketlər təkcə İsraildəki hərbi bazalara deyil, həm də strateji obyektlərə, o cümlədən Aralıq dənizindəki qaz hasilatı platformalarına yönəldiləcək.

Təhlilçinin fikrincə, Qəzza zolağında müharibəni dayandırmaqla hadisələrin arzuolunmaz axarının qarşısını almaq olar, lakin bunun üçün ABŞ İsrailə ciddi təzyiq göstərməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR