İnsanlara hürriyət, millətlərə istiqlal!

Sofiyada motosikletçilər etiraz aksiyası keçiriblər

Bolqarıstan Xalq Assambleyasının (Parlamenti) Sofiyada yerləşən binasına toplaşan 300-dən çox etirazçı deputatlardan yol hərəkəti qaydalarına dəyişiklik etməyi və motosikletlərin şəhər küçələrində sərbəst hərəkətini təmin etməyi tələb edib. 

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, tədbirdə iştirak edənlərin əksəriyyəti Bolqarıstanın motosiklet klublarının üzvləri və qeyri-rəsmi bayker təşkilatlarının fəallarıdır. “Biz maksimal sürət həddinin, eləcə də ictimai nəqliyyat zolağından istifadə hüququnun artırılmasında israrlıyıq”, - mitinq təşkilatçılarının bəyanatında deyilir. Nümayişçilər siyasi və iqtisadi tələblərdən çəkinirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR