İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi yekunu:"Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi"- rusiyalı hərbi ekspert

"Cənubi Qafqaz regionunda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiya əsas oyunçu  mövqeyini qoruyub saxlayır".

Musavat.com xəbər verir ki, bunu Rusiya "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Karatçenko Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan Soçi danışıqları ilə bağlı şərhində deyib. 

İqor Korotçenko: “Ermənistanın məqsədi Azərbaycanı təxribata çəkib Rusiya  və KTMT-ni münaqişəyə cəlb etməkdir”

İqor Karatçenko

O, yekun bəyanatla bağlı bunları qeyd edib: "Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi. Qarabağdan və orada yaşayan erməni əhalinin “statusu"ndan bəhs edilmir. Orada baş verən və bundan sonra baş verəcək hər şey Azərbaycanın daxili işi kimi qiymətləndirilir. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin (İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında) bağlanması istiqamətində işlər gücləndiriləcək".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR