İnsanlara hürriyət, millətlərə istiqlal!

"SOCAR Türkiyə" ilə bağlı mühüm xəbər - 2050-ci ilə qədər...

"Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin məqsədi 2050-ci ilə qədər 0 % karbon emissiyasına nail olmaqdır".

Musavat.com xəbər verir ki, bunu "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün keçirilən mətbuat konfransında bildirib. O, əsas hədəflərdən birinin 2035-ci ildə karbon emissiyası və havaya atılan tullantıları 40 %-dək azaltmaq olduğunu qeyd edib: "SOCAR Türkiyə"nin əsas hədəfi isə 2050-ci ilədək bu göstəricilərin 0 %-ə çatdırmaqdır",-deyə E.İbadov əlavə edib.

Qeyd edək ki, “SOCAR Türkiyə” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiyə" qardaş ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR