İnsanlara hürriyət, millətlərə istiqlal!

Smolensk vilayəti dron hücumuna məruz qaldı: Hədəf raket zavodu idi?

Smolensk vilayətində gecə baş verən dron hücumları gərginlik yaradıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hücumun əsas hədəfi, ehtimal ki, "Avangard" müəssisəsi olub. Bu zavodda bərk yanacaqlı raket mühərriklərinin korpusları və nəqliyyat-buraxılış konteynerləri istehsal edilir.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bölgə üzərində 10 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Hücumla bağlı təfərrüatlar hələ dəqiqləşdirilir, lakin ekspertlər belə hücumların strateji obyektlərə yönəlmiş planlı əməliyyatların bir hissəsi ola biləcəyini ehtimal edirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR