İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə pişiklərə işgəncə verdiyi iddia olunan qadınla bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO

Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, pişiklərə işgəncə verdiyi iddia edilən Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində protokol tərtib olunub:

“Həmin məsələ ilə bağlı Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə) maddəsilə protokol tərtib olunub və onun sağlamlıq vəziyyətilə bağlı müvafiq ekspertiza təyin edilib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR