İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan müharibə veteranlarının müavinəti və adı barədə MÜRACİƏT

Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov növbəti dəfə müharibə veteranlarının müavinətləri barədə məsələ qaldırıb.

Musavat.com-un məlumatına görə deputat müavinətlərin artırılmalı olduğunu deyib: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Verilən vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir.

Digər tərəfdən ünvanlı sosial yardımın prinsipləri dəyişməlidir. Həmçinin pensiyaya çıxmaq üçün yaş həddi azaldılmalıdır".

S.Novruzov digər mühüm məsələyə də toxunub: “Müharibə iştirakçılarına fərqli adlar verilir, qazi, müharibə iştirakçısı, müharibə veteranı…Bunların vahid adı olmalıdır. Qanunla müəyyənləşdirmək lazımdırsa, bunu edək. Müharibə iştirakçılarına qazi deyirlər. Bu, düzgün deyil. Bunun forması olmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR