İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Onlar da ağızlarına gələn məlumatı yalan olaraq yayırlar”

Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çxıarıldı. Komitə sədri deputat Siyavuş Novruzov çıxış edərək bildirdi ki, yalan informasiyalara qarşı qanunla mübarizə aparmalıyıq: “Mətbuata baxanda görürsən ki, sənin haqqında nə qədər yalan informasiya yayılır. Belə olan halda hər adamı məhkəməyə verməyə qalxsaq, gərək, hər məhkəmənin qabağında 100 deputat dayansın. Gündəlik olaraq yalan informasiyalarla qarşı-qarşıyayıq”.

S.Novruzov bildirdi ki, son vaxtlar Azərbaycana qarşı İranın “Səhər” kanalında təxribatçı çıxışlar edilir: “Belələri ermənilərdən betər od tutub yanır. Mətbuatda qeyd edirlər ki, bu qədər şəhidimiz olub. Bunların hamısı yalandır. Gündə demək olar ki, xaricdən maliyyələşən kanallar yaranır. Onlar da ağızlarına gələn məlumatı yalan olaraq yayırlar. Ona görə də belə informasiyaların qarşısını almalıyıq”. Komitə sədri həmkarı Fazil Mustafaya qarşı terror cəhdi ilə bağlı yanlış məlumatların, dezinformasiyaların yayıldığını söylədi. Bildirdi ki, belə bir ağır hadisə baş verib, amma bəziləri belə bir hadisənin guya baş vermədiyini iddia edərək saxta xəbərlər yayırlar.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR