Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hələlik İranın İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərində yoxlama aparmayacaq.
Musavat.com Associated Press-ə istinadən xəbər verir ki, tərəflər hələlik yekun razılığa gəlməyiblər, lakin diplomatlar onun əldə olunacağını gözləyirlər.
Razılaşmanın şərtlərinə görə, MAQATE-nin təftişləri yalnız İranın vurulmamış nüvə obyektlərini əhatə edəcək.
Avqustun 26-da MAQATE-nin baş direktoru Rafael Qrossi agentlik müfəttişlərinin birinci qrupunun İrana qayıtdığını və onun nüvə obyektlərində işi bərpa etməyə hazırlaşdıqlarını bildirib.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ