Onlayn ictimai-siyasi qəzet
Terrorçuların niyə məhz hücum üçün “Crocus City Hall”ı seçdiklərinin səbəbi bəlli olub. Bu, onların hərəkətlərinə rəhbərlik edən kuratorun göstərişi ilə verilib.
Bu barədə Lenta.ru -ya Rusiya İstintaq Komitəsi (İK) məlumat verib.
Müstəntiqlər terrorçuların məhv etməyə çalışdıqları mobil telefonları yoxladıqdan sonra bu qənaətə gəliblər. İstintaq Komitəsi qeyd edib ki, mobil telefonların ekspertizası istintaq üçün əhəmiyyətli olan cinayətə hazırlıq barədə məlumat əldə etməyə imkan verib.
Məlum olub ki, fevralın 24-də səhər saatlarında terrorçulardan biri kuratora “Crocus City Hall”a girişlərin görüntülərinin skrinşotlarını göndərib.//Publika.az
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ