İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinaqoqa od vuruldu: qədim Tövrat tumarları yandırıldı, baş nazir sərt tədbirlər vəd etdi - FOTO

Avstraliyanın Melburn şəhərində şok hadisə baş verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ərəb əsilli şəxslərdən ibarət radikal qrup şəhərdəki sinaqoqlardan birini yandırıblar.

Yanğın nəticəsində sinaqoqun içərisində saxlanılan və tarixi baxımdan son dərəcə qiymətli hesab edilən 7 qədim Tövrat tumarı külə dönüb.

SİNAQ.jpeg (32 KB)

Hadisənin görüntülərində yandırılmış müqəddəs kitabların yanmış hissələri, sinaqoqun qarşısındakı izləmə kameralarının qeydə aldığı şübhəli şəxs və baş rəbbiya binanın girişində görülür.

Melburna gələn Avstraliya baş naziri Entoni Albaneze hadisə yerində mətbuat konfransı keçirib və bildirib ki, ölkənin təhlükəsizliyinə və milli dəyərlərinə təhdid yaradan ərəb radikallarına qarşı sərt qanunlar hazırlayacaqlar.

BAS NAZİR.jpeg (142 KB)

O, hətta bu şəxslərin Avstraliya torpaqlarından deportasiya olunması üçün hüquqi əsasların yaradılacağını vurğulayıb.

Hadisə Avstraliya ictimaiyyətində böyük etiraz doğurub. Yerli yəhudi icması bunu təkcə dinə deyil, bütün Avstraliya cəmiyyətinə yönəlmiş nifrət cinayəti adlandırıb.

KİLSE SON.jpeg (168 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR