İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinan Oğan: "Dəstəklədiyimizi qalib edəcəyik" - VİDEO

ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan "CNN International" kanalında jurnalist Becky Andersonun suallarına cavab verib.

Musavat.com xəbər verir ki, Sinan Oğan kürdlərə deyil, terrora qarşı olduğunu açıqlayıb. 

Sinan Oğan həmçinin mühacirlər haqqında da fikirlərini bölüşüb. O, qeyd edib ki, ABŞ polisi qaçaq türkü tutanda nə edirsə, biz də eynisini etməliyik. 

Türkiyədə keçirilən 14 may seçkilərində 50 faizi keçə bilən namizəd olmadığı üçün seçkilər ikinci tura qalıb. Bu məqamda diqqətlər 5%-dən çox səs toplayan Sinan Oğana çevrilib. Beləliklə, irəlidə olan iki namizədin ikinci turda qazanması üçün Sinan Oğanın dəstəyinin böyük rolu olacaq. 

Bununla bağlı isə Sinan Oğan "Dəstəklədiyimizi qalib edəcəyik" fikrini səsləndirib. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR