İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Qarabağ erməniləri üçün bu vaxta qədər nə iş görmüsüz?

Ermənistanın revanşist müxalifəti “Qarabağ ermənilərinin sosial-iqtisadi hüquqlarının həyata keçirilməsi üçün araşdırma komissiyası” adlı bir qurumun yaradılması təşəbbüsü ilə çıxış edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  bunu sentyabrın 9-da Ermənistan parlamentinin iclasında “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan deyib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan xüsusilə müxalif deputatların Qarabağ xalqı üçün nə etdiyini soruşub.

“Yaxın vaxtlarda müvafiq qərar layihəsi təqdim olunacaq. Layihə Qarabağ ermənilərinin sosial-iqtisadi hüquqlarının həyata keçirilməsi üçün görülən tədbirlərin öyrənilməsini və təkliflərin irəli sürülməsini nəzərdə tutur”, - deyə Minasyan parlament rəhbərinə cavab verərkən deyib.

Minasyan həmçinin Paşinyan iqtidarını Türkiyə və Azərbaycanın siyasətini həyata keçirməkdə və dəstəkləməkdə ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR