Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin rəhbəri Alen Simonyan Brüsseldə Belarus müxalifətinin “qaçqın lideri” Svetlana Tixanovskaya ilə görüşüb. Bildirilir ki, rəsmi İrəvanın bu davranışına Qərbin etimadını qazanmaq kursunun tərkib hissəsi kimi baxmaq lazımdır.
Rusiyanın vzqlyad.ru saytı yazır ki, bəzi Avropa liderlərinin “Belarusun qanuni prezidenti” hesab etdikləri Svetlana Tixanovskaya əslində unudulmuş fiqurdur. Litvada yaşayan müxalifətçini Brüsseldə erməni nümayəndə heyəti ilə görüşü Tixanovskayanı kölgədən çıxarıb.
Tixanovskaya erməni baş nazir Nikol Paşinyanın KTMT-nin sonuncu sammitini boykot etməsinə görə təşəkkür edib. Ermənilər isə Tixanovskayaya söz veriblər ki, Ermənistanda saxlanılan belaruslu Yaroslav Novikov Minskin tələbinə baxmayaraq, Lukaşenko hakimiyyətinə təhvil verilməyəcək.
Sayt yazır ki, üzünü Qərbə tutmuş İrəvanın yerinə yetirməli olduqları çoxlu “ev tapşırığı” var və Brüssel və Vaşinqtona göndəriləcək iş vərəqində Svetlana Tixanovskaya kimilərinin imzalarına ehtiyac olacaq.
“Ermənilərdən Yuliya Navalnaya (həbsdə ölən Navalnın dul xanımı) ilə çay içmək istənəcək və Alen Simonyan çətin ki, bundan imtina etsin. O, anti-Rusiya təşəbbüslərdə Paşinyanın sadiq əsgəridir. Məsələn, Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması ideyası Simonyana məxsusdur. Formal olaraq bu görüşün Rusiyaya heç bir aidiyyəti yoxdur: Belarusun prezidenti Aleksandr Lukaşenko lazım bilsə, Paşinyan və Simonyandan incisin” deyə, vz.ru yazır.
O da qeyd edilir ki, Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda Paşinyan müdafiə sahəsində yeni tərəfdaşlar axtarışındadır. Bu sırada Paris və Afina var. İndi Fransa və Yunanıstanı ilk növbədə radikal anti-Rusiya siyasəti birləşdirir. Fransa prezidenti Emmanuel Makronun mövqeyi bəllidir. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis də rusofobdur. Paşinyan KTMT sammitini boykot edir və müsahibəsində təşkilata üzvlüyünü dondurduğunu bəyan edir, lakin bunu qanuni şəkildə rəsmiləşdirmir. Rusiya sərhədçiləri İrəvanın əsas hava limanından qovulur, lakin Gümrüdəki Rusiya hərbi bazasının qalması tələb olunur. Ermənistan KİV-i yazır ki, Paşinyan Aİİ-nin yubiley sammitində iştirak etmək üçün Moskvaya gedir və bu təşkilatda üzvlük ermənilər üçün iqtisadi baxımdan önəmlidir.
“İrəvanın zahirən zərərsiz demarşları erməni mediasında uzunmüddətli effekt verə biləcək kütləvi anti-Rusiya kampaniyası ilə müşayiət olunur. Və nə qədər ki, Paşinyan hakimiyyətdədir bu kampaniya dayanmayacaq” deyə, sayt təhlilində yazır
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ