İnsanlara hürriyət, millətlərə istiqlal!

Qocalmanı yavaşlatmaq üçün ən yaxşı pəhriz

Alimlər beynin qocalma prosesini yavaşlatmaq üçün ən yaxşı pəhriz olaraq “yaşıl Aralıq dənizi pəhrizi”ni tövsiyə ediblər.

Bu nəticə Ben-Qurion, Harvard və Leypsiq universitetlərinin birgə həyata keçirdiyi 18 aylıq tədqiqatın nəticəsidir.

Araşdırma Clinical Nutrition jurnalında dərc olunub. Tədqiqatda təxminən 300 iştirakçı üç fərqli pəhriz rejimindən birini izləyib: standart sağlam pəhriz, klassik Aralıq dənizi pəhrizi və onun “yaşıl” versiyası. Yaşıl pəhrizə yaşıl çay və morinqa bitkisi əlavə edilib.

Qan analizləri göstərib ki, yaşıl pəhriz tətbiq edənlərdə beyin qocalması ilə əlaqəli zülalların səviyyəsi azalıb. Alimlər bunun yaşıl çay və morinqanın tərkibindəki iltihab əleyhinə birləşmələrlə əlaqəli olduğunu bildirir.

Beləliklə, bu pəhriz koqnitiv sağlamlığın qorunması və nevrodejenerativ xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Əvvəlki tədqiqatlar da yaşıl çayın yaşlanma prosesini ləngitdiyini göstərib və onun bədənin çəkisini tənzimləməyə, şəkər mübadiləsini yaxşılaşdırmağa və əzələ toxumasını qorumağa kömək edə biləcəyi qeyd olunub. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR