Onlayn ictimai-siyasi qəzet
İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub: “İrəvan və Moskva bunu müzakirə etmir”.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan söyləmişdi ki, Rusiya sərhədçiləri bu il avqustun 1-də hava limanını tərk edəcəklər. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ