İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kiprdə saxta pasportla beş il gizlənən rus bankir saxlanılıb

Rusiya vətəndaşı Stanislav Mitruşin Şimali Kipr Türk Cümhuriyyəti ərazisində saxlanılıb.

Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Sankt-Peterburq bankı “Sovetski”nin direktorlar şurasının keçmiş sədrindən gedir. Mitruşin 2018-ci ildə Rusiyada külli miqdarda dələduzluq işi üzrə beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, onlar “Prime Advice” hüquq firmasının idarəedici partnyoru ilə birlikdə cinayətkar qrup yaradaraq bankın ümumi vəsaitindən 2,7 milyard rubl oğurlayıblar. 

İnterpol tərəfində axtarışda olan Mitruşin Şimali Kipr Türk Respublikasının ərazisindəki Trikomo kəndində saxlanılıb. 

CyprusMail-in məlumatına görə, Mitruşin ilk dəfə 2015-ci ildə ŞKTC-də peyda olub, 2018-ci ildə ölkənin ərazisini tərk edib, sonra yenə həmin il Albaniyaya məxsus saxta pasportla Perqamos keçid məntəqəsindən ora qayıdıb. O vaxtdan başlayaraq o, beş il ərzində Şimali Kiprdə yaşayıb, orada yaşamaq icazəsi alıb və daşınmaz əmlak alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Trikomoda onun evində axtarış apararkən 150 min funt sterlinq və 120 min dollar pul, iki kompüter, beş mobil telefon və USB yaddaş aparatları aşkar ediblər. Mitruşin hazırda polis bölməsindədir. Keçmiş bankirin məhkəməsi iyunun 23-də olacaq. Rusiya Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi hələlik Mitruşinin saxlanması ilə bağlı məlumat almayıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR