İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını”nın partladılmasının üstü niyə açılmır? -Almanların cavabı

Rusiyanın “Şimal axını” qaz kəmərlərinin diversiya nəticəsində partladılması ilə bağlı işin həlli ehtimal olunan şübhəlilərin və təkzibedilməz sübutların olmaması səbəbindən çətinləşir, alman müstəntiqləri onları tapmaqda çətinlik çəkir.

Musavat.com “İzvestiya”ya istinadla xəbər verir ki, bu fikir Almaniya Nazirlər Kabinetinin “Almaniya üçün Alternativ” partiyasının deputatlarının parlament sorğusuna cavabında səslənib.

“Cinayətkarlar cinayət başında tutulsa, cinayətə dair etibarlı və mötəbər etiraflar tapılarsa və ya təkzibedilməz sübutlar əldə olunaarsa, sürətli istintaq uğuru mümkündür. Bu, burada kifayət deyil”, - Almaniya Nazirlər Kabinetinin nümayəndələri 27 səhifəlik sənəddə izah ediblər.

İşin gedişi ilə bağlı istintaqın məxfi məlumatlarla bağlı sualları istisna olmaqla, hakimiyyət orqanları deputatların, demək olar ki, bütün suallarını cavablandıra bilib.

Rusiyanın “Şimal axını” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Partlayış İsveç və Danimarkanın ərazi sularında törədilib. Nəticədə irimiqyaslı qaz sızması qeydə alınıb. Bundan sonra qaz xətti tamamilə dayanıb.

Əvvəlcə təxribata görə Rusiyanın özü şübhəli tərəf durumunda olsa da, sonradan şübhə oxları ABŞ-yə tərəf yönəlib və bundan sonra təhqiqat dalana dirənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR