Onlayn ictimai-siyasi qəzet
“Ural Raskolnikovu” ləqəbli serial qatil Denis Pişikov daha iki qətl törətdiyini etiraf edib. Bununla da qurbanların ümumi sayı 16 nəfərə çatıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Moskva və Vladimir vilayətlərində törədilmiş 14 sübut olunmuş qətldə ittiham olunurdu. Pişikov quldurluq məqsədilə yalnız yaşlı insanlara hücum edib. Onun qarət yolu ilə əldə etdiyi ən böyük məbləğ 1120 rubl olub.
Bu yaxınlarda dindirmə zamanı 42 yaşlı Pişikov 2002-ci ildə Aleksandrov şəhərində (Vladimir vilayəti) baş vermiş iki yeni qətldən danışıb. O, Kontorinlərin evinə pəncərədən girərək balta və bıçaqla onları öldürüb. Bu cinayətlər onun qanlı siyahısına əlavə edilib.
Pişikov 2003-cü ildə Moskva vilayətinin Orexovo-Zuyevski rayonunda saxlanılıb. Əməliyyatçıları onun izinə yerli təqaüdçü çıxarıb. O, Pişikovda şübhələnərək polisə məlumat verib. Bu zaman Pişikov başqa qurban axtarırmış. Həbs edildikdən sonra o, 8-i Vladimir, 6-sı Moskva vilayətində olmaqla, 14 qətl törətdiyini dərhal etiraf edib. Cinayətkarın sözlərinə görə, o, özünü təsdiq etmək üçün öldürüb. Pişikovun əsas alətləri balta və bıçaq olub.
Pişikov hazırda Solikamskdakı “Ağ durna” xüsusi rejimli koloniyasında ömürlük həbs cəzası çəkir. Onun yeni cinayətləri etiraf etməsi hətta istintaq üçün də sürpriz olub, çünki çoxları Pişikovun cinayətlərinin artıq tam açıldığına inanırdılar.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ