İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlı Qüvvələrin zabitindən SENSASİON YAZI: "Düşündükcə insanın qanı donur..."

Torpaqdan pay olmaz!

Buz da tutsaydıq, donsaydıq belə, yenə də azad edəcək, doğma torpağımızı düşməndən geri alacaqdıq!

Azərbaycan ordusunun keçə bilməyəcəyi sədd, aşa bilməyəcəyi maneə yoxdur!

O qarlı yollarda analarımız, bacılarımız, yaşlı-cavanlarımız şaxtada donmuş, qeyri-bərabər güc nisbətində təhqir edilmiş, amansızcasına qətl edilmişdilər.

Heç birindən artıq deyildik!

Boynumuzda borcları var idi, bəlkə də, yenə var! Bilmirəm!

Vətənimin hər qarışı, Şəhidimin hər damla qanı müqəddəsdir.

Elə bir igidimiz yox idi ki, ürəyində qəzəb və qisas hissi olmasın.

d8f19d88d0f5d142a9c77d957d66abda.jpg (122 KB)

Torpaqlarımızın məsum körpələrimizin qanları ilə suvarılmasını düşündükcə insanın qanı donur. Dağlarımızda analarımızın körpələri üçün qopardıqları fəryad səsləri dolaşır.

O körpələrin qisası üçün dünyanın şah damarını kəsərdik!

Nəyin bahasına olursa olsun Azərbaycan əsgəri son damla qanına kimi döyüşər və düşmənə qalib gəlməyi bacarardı!

Ölkə başçısı hər dəfə çıxışlarında bizlərə təşəkkür edir.

Azərbaycan əsgərinin gücünü, əməyini, əziyyətini hər dəfə təkrar-təkrar dilə gətirir.

Bir məsələ də var istəyirəm mən də bunu qeyd edəm. Borc bilirəm. Borc bilməliyik.

Kəlbəcərimizi düşmən işğalından döyüş əməliyyatları keçirmədən azad etməklə neçə min can bu gün həyatdadır və bir o qədər ailə gözü yaşlı deyil!

Çox şey üçün təşəkkür etmək olar. Bir-bir sadalamaq istəmirəm. Məhz qarlı Kəlbəcər üçün mən də sizə təşəkkür edirəm, Cənab Ali Baş Komandan!

İqbal Səfərov,
Dövlət Gömrük Komitəsinin əməkdaşı,
Silahlı Qüvvələrin zabiti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR