İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Ohanyandan Paşinyana “əzələ” nümayişi

Ermənistan heç vaxt yararsız və paslanmış silahlar almayıb.

Musavat.com bildirir ki, bunu keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Yerablur hərbi panteonunda jurnalistlərə baş nazir Nikol Paşinyanın bəyanatlarını şərh edərkən deyib.

“Hakimiyyət Ermənistanın tarixi ilə bağlı saxta gündəm yaradır, soyqırımdan imtina edir, Ararat (Ağrı) və Araqatsla (Alagöz) bağlı heç bir ziddiyyət olmayıb...

Biz heç vaxt yararsız və paslı silah almamışıq. Əksinə, illərdir ki, KTMT-nin hərbi-texniki əməkdaşlığı çərçivəsində biz ucuz qiymətə texnika aldıq və Rusiyadan çoxlu miqdarda, həm də kifayət qədər müasir olanlar aldıq”, - deyə Müdafiə Nazirliyinin keçmiş rəhbəri bildirib.

Ohanyan Paşinyanı dəvət edib ki, bütün bu alınan texnikanın harada olduğunu, Ali Baş Komandan kimi ondan niyə səmərəli istifadə edə bilmədiyini desin, həmçinin 44 günlük müharibə zamanı mövcud olan hərbi-siyasi vəziyyəti düzgün qiymətləndirsin.

Qeyd edək ki, bir müddət əvvəl İctimai Televiziyada Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, dövlət Ararat (Ağrı) mövzusundan Araqatsın (Alagöz dağı) xeyrinə imtina etməsə, ölkəyə müasir silahlar satılmayacaq. O qeyd edib ki, əks halda, Ermənistan yalnız “əvvəlki kimi istifadə edilmiş silahlar” alacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR