Onlayn ictimai-siyasi qəzet
Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi bir çoxunun zəhər və nifrinini öz içində boğmuş oldu. 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı 4 ildə və son aylarda daim Azərbaycan əlehyinə çıxışlar edən, açıqlamalar yayan ünsür və qüvvələr Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı haqqında dəfələrlə iddialar səsləndiriblər. Onlar öz ölkəsini aşağılayaraq belə prosesin baş verməsinin mümkünsüzlüyünü vurğulayırdılar.
Musavat.com qeyd edir ki, bunlardan biri də jurnalist Sevinc Osmanqızıdır. Bütün fəaliyyəti boyunca (son 10 ildə) hər zaman Azərbaycan dövlətinin maraqlarının, xalqın mənafeyinin əleyhinə gedən S.Osmanqızı aşağıda təqdim edəcəyimiz videodakı çıxışın sahibidir.
Sevinc Osmanqızı və digər soydaşlarımız (ünsürlər) baş verən prosesdən sonra obyektivlik naminə Azərbaycan xalqından, informasiya yaydıqları auditoriyadan, o cümlədən Azərbaycan dövlətindən üzr istəməlidirlər. Lakin təcrübə göstərir ki, onlar bunu etməyəcəklər, sadəcə başqa məqam tapıb həmin məqamla bağlı Azərbaycan dövlətini və xalqını aşağılamağa çalışacaqlar.
Xatırladaq ki, 44 günlük müharibədən sonra jurnalist Sevinc Osmanqızı, AXCP sədri Əli Kərimli və digərləri Xankəndinin Azərbaycanın nəzarətində olmaması səbəbindən bu qələbəni "yarımçıq qələbə" adlandırırdı. Son dövrlərdə isə onlar deyirdi ki, "Rusiya sülhməramlıları Qarabağdan çıxmayınca belə bir qələbədən söhbət gedə bilməz".
İndi isə bütün proseslər xalqın gözü önündə baş verməkdədir.
İndi görək Sevinc Osmanqızı özünün dediyi kimi Prezident İlham Əliyevə bravo və müzəffər deyəcəkmi.
Musavat.com S.Osmanqızının sözügedən çıxışını təqdim edir:
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ