Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sosial şəbəkə vasitəsilə tanış olduğu N.A. (36) adlı evli qadınla münasibət quran Mikayıl Özkulluk (26), gecə saatlarında qadının evinə gedib.
Musavat.com xəbər verir ki, lakin hadisə faciəvi sonluqla nəticələnib.
Mikayılın qadının evində olduğu vaxt qadının əri N.G.A. (35) qəfil evə qayıdıb. Evin sahibini gözləməyən gənc çaşqınlıqla yataq otağındakı eyvandan qaçmağa çalışıb. O, kanalizasiya borusuna tutunaraq aşağı enmək istəyib, lakin boru qırılıb və o, yerə yıxılıb.
Nəticədə ağır xəsarət alan Mikayıl ayağa qalxaraq qaçmağa cəhd etsə də, ikinci dəfə yıxılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə bölgədə böyük rezonans yaradıb və məsələ ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ