İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevda Yahyayevanın adından DƏLƏDUZLUQ

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.

İfaçı sosial media hesabında bu haqda paylaşım edib.

“Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”, - deyə müğənni bildirib.

Qeyd edək ki, eyni durumla iş xanımı Ruhiyyə Əliyeva və Xalq artisti Röya Ayxan da üz-üzə gəlib. Onların adından açılan saxta hesablarda feyk yarışlar keçirilir, qalibin kart hesabına pul köçürüləcəyi vəd edilir. (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR