İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İran-İsrail münaqişəsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri İsrailin İrana hücumunu “beynəlxalq qanunlara məhəl qoymayan açıq-aşkar təxribat” adlandırıb.

Ərdoğanın sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahunun administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.

Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmədiklərini bildirən Ərdoğan, Türkiyənin İrana qarşı hücumları pislədiyini, İran xalqına başsağlığı dilədiyini açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR