İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın 100 metr dərinlikdəki nüvə obyektinə HÜCUM - VİDEO

İsrail Müdafiə Qüvvələri (İDF) bəyan edib ki, gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində İranın Natanz şəhərində yerləşən nüvə obyektindəki yeraltı kompleks vurulub.

Musavat.com xəbər verir ki, qurumun iddiasına görə, bu obyekt illər boyu uranın zənginləşdirilməsi üzərində aparılan işlərin mərkəzi olub.

Bildirilir ki, Natanzda yerləşən və hücuma məruz qalan bu kimi yeraltı nüvə obyektləri ən sərt mühafizə və təhlükəsizlik standartlarına uyğun şəkildə layihələndirilib.

"The Wall Street Journal", "Reuters" və AP agentliklərinin məlumatına görə, Natanz çoxsəviyyəli yeraltı qaladır. Obyektin dərinliyi 40 metrdən 100 metrə qədər dəyişir, bir neçə metr qalınlığında beton və poladdan ibarət təbəqələrlə qorunur. Bir neçə mərtəbəli üst konstruksiya 8 metr dərinliyə qədər torpağın altına yerləşdirilib və üzəri 2,5 metrlik beton plitə ilə örtülüb. Bunun üstündə isə əlavə 22 metrədək torpaq və dəmir-beton qatları var. Ümumilikdə sentrifuqaların yerləşdiyi səviyyə 40-50 metr dərinlikdə yerləşir. Bəzi hallarda, məsələn, Fordo nüvə obyektində tikililər birbaşa dağ süxurlarının içində, 90 metrədək dərinlikdə gizlədilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR