Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı hakimiyyəti neft sektoruna əvvəllər elan etddiyi investisiyaların gözləniləndən daha az hissəsini ayıracaq.
Musavat.com xəbər verir ki, belə proqnozla "Goldman Sachs" analitikləri çıxış ediblər.
Bundan əvvəl Ər-Riyad 2030-cu ilə qədər iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarına 1 trilyon dollar sərmayə qoyacağını açıqlamışdı. Ekspertlər hesab edir ki, neft sektoru bu məbləğin 27 faizini alacaq, halbuki əvvəlki hesablamalar 34 faiz idi.
Qiymətləndirmədə dəyişiklik ölkənin iqtisadiyyatın şaxələndirilməsi səyləri və mədənçıxarma sektoruna, nəqliyyat və logistikaya, eləcə də rəqəmsallaşmaya aktiv investisiyaları ilə bağlıdır.
Eyni zamanda analitiklər xəbərdarlıq edirlər ki, Səudiyyə Ərəbistanı "Brent" neftinin qiymətinin bir barel üçün 80 dollar civarında dəyişdiyi və ölkənin hasilatının sutkada təqribən 9 milyon barelə qədər azaldığı bir şəraitdə dövlət büdcəsi kəsirinin artması ilə üzləşə bilər. Neftin qiymətinin 100 dollar/barelə çatdığı 2022-ci il səviyyəsi ilə müqayisədə büdcə gəlirləri təxminən üçdə bir azalıb.
Səudiyyə Ərəbistanının ikinci rübdə büdcə kəsiri 15,3 milyard rial (4,1 milyard dollar) təşkil edib. Keçən il bu, ÜDM-in 2 faizi idi və "Goldman" ekspertləri bu il bu rəqəmin ÜDM-in 4,3 faizinə yüksələ biləcəyini proqnozlaşdırırlar.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ