İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixdən hava dəyişir - Leysan olacaq: XƏBƏRDARLIQ

Oktyabrın 29-u axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 30-u gündüzədək bəzi bölgələrdə hava qeyri-sabit olacaq, arabir yağış yağacaq və şimşək çaxacaq.

Sinoptiklər bildirir ki, ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal edilir.

Eyni zamanda, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR