İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı “Əl-Qaeda” liderinin öldürülməsini alqışlayıb

Səudiyyə Ərəbistanı “Əl-Qaeda” terror təşkilatının lideri Ayman Al-Zavahirinin öldürülməsi barədə ABŞ prezidenti Cozef Baydenin bəyanatını alqışlayıb.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bununla bağlı bəyanatında dünyada terrorizmin liderlərindən biri olan Al-Zavahirinin ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrdə xain terror aktlarının təşkilatçısı olduğunu, onun əlinin müxtəlif millətlərə və dinlərə mənsub olan minlərlə günahsız insanın, o cümlədən Krallığın vətəndaşlarının qanına batdığını qeyd edib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməyin əhəmiyyətini vurğulayır, həmçinin beynəlxalq ictimaiyyəti dinc insanların terror təşkilatlarından qorunması istiqamətində əməkdaşlığa çağırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR