İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı dəhşətli siyahıda üçüncü oldu: 101 əcnəbi...

Bu ilin ötən dövründə Səudiyyə Ərəbistanında 100-dən çox xarici vətəndaş edam edilib.

Musavat.com xəbər verir ki, məlumatı AFP agentliyi yayıb.

Səudiyyə Ərəbistanının rəsmi mətbuat agentliyinin verdiyi məlumata görə, krallığa narkotik qaçaqmalçılığı ilə bağlı məhkum olunmuş Yəmən vətəndaşı dünən cənub-qərbdəki Nəcran bölgəsində edam edilib.

Dövlət mediasının məlumatına əsasən 2024-cü ildə edam edilən əcnəbilərin sayı 101-ə çatıb.
AFP-nin məlumatına görə, bu, 2023 və 2022-ci illərin rəqəmlərindən təxminən üç dəfə çoxdur, çünki Səudiyyə rəsmiləri hər il təxminən 34 əcnəbini edam etdirirlər.

Berlində yerləşən Avro-Səudiyyə İnsan Haqları Təşkilatı (SOHR) bu il edamların sayının artıq rekord qırdığını bildirib.
Amnesty International hüquq müdafiə təşkilatının məlumatına görə, krallıq 2023-cü ildə Çin və İrandan sonra dünyada əcnəbi məhbusların edam sayına görə üçüncü yerdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR