İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqdeburqdakı terrorun DETALLARI - Səudiyyə Ərəbistanı Almaniyanı 3 dəfə XƏBƏRDAR EDİB

Səudiyyə Ərəbistanı Almaniyanı üç dəfə terror təhlükəsi barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ən azı üç dəfə Almaniyanın hüquq-mühafizə orqanlarını Talib Əbdülmöhsün adlı şəxs barədə məlumatlandırıb. Bu şəxs Almaniyanın Maqdeburq şəhərində Milad bazarının ziyarətçilərinə avtomobillə hücum edərək terror aktı törədib.

Səudiyyə tərəfi Əbdülmöhsünün radikal qruplaşmalarla əlaqəsi ola biləcəyinə dair ciddi sübutların mövcud olduğunu bildirib. Onlar Almaniya hüquq-mühafizə orqanlarını təhlükənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıblar. Lakin məlum olub ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxs nəzarət altına alınmayıb və nəticədə faciə baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR