İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib

Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Motosiklet yolu keçən 2006-cı il təvəllüdlü Məmmədli Ayan Teymur qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR