İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı 100 dollarlıq neft hədəfindən çəkilir: Neft qiymətləri düşəcək...

Səudiyyə Ərəbistanı hasilatı artırmaq hazırlıqları çərçivəsind neft üçün müəyyən olunan qeyri-rəsmi qiymət tavanından – 1 barel/100 dollar səviyyəsindən imtina etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu məlumatı “Financial Times” məlumatlı mənbələrə istinadən yayıb.

Mənbələr qeyd ediblər ki, ölkə hakimiyyəti uzun müddət aşağı neft qiymətlərinə gətirib çıxarsa belə, OPEC+-ın dekabrın 1-dən neft hasilatına qoyulan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacağı planının icrasında qərarlıdır. Əvvəllər təklif artımının başlaması oktyabrın 1-nə planlaşdırılsa da, bazardakı əlverişsiz konyukturaya görə bu, iki ay təxirə salınıb.

Brent markalı neftin orta qiyməti 2022-ci ildə 99 dollar/barel olub və son səkkiz ilin ən yüksək səviyyəsinə çatıb, lakin o vaxtdan bəri xeyli ucuzlaşıb. Hazırda Brent bir barel üçün 72 dollardan aşağı satılır.

Beynəlxalq Valyuta Fondunun ekspertlərinin fikrincə, Səudiyyə Ərəbistanının büdcəsi bir barel üçün 100 dollar civarında qiymətlərlə balanslaşdırılacaq. Bununla belə, mənbələr bildiriblər ki, ölkə hakimiyyəti artıq bazar payını rəqiblərinə vermək istəmir və krallığın kifayət qədər alternativ maliyyə mənbələrinə, o cümlədən qızıl-valyuta ehtiyatlarına və dövlət istiqrazlarının yerləşdirilməsi variantına malik olduğuna inanır.

Son iki ildə Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 2 milyon barel azaldıb və bütün OPEC+ üzrə azaldılan hasilatının üçdə birini öz üzərinə götürüb. Koronavirus pandemiyası və 2019-cu ildə Abqaiq neft emalı zavoduna hücumu nəzərə almasaq, ölkədə hazırda sutkada 8,9 milyon barel hasil edilir ki, bu da 2011-ci ildən bəri minimumdur. Krallıq 2025-ci ilin dekabrına qədər hasilatı tədricən 1 milyon barel artırmağı nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR