İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə 5 milyon rusiyalı turist gözləyir - Otellərdə "hər şeyl" olacaq, alkoqoldan başqa...

Səudiyyə Ərəbistamının Ciddə şəhərində iri turizm agentliyinin sahibi Rəşid əl-Mehdi aif.ru saytına müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində "hər şey daxil" sistemli nəhəng otelin tikintisini planlaşdırır. Ərəbistan krallığının turizm sənayesinə dövlət  bir trilyon (!) dollar investisiya yatırmağa hazırlaşır və yeni otellərin istirahət edənlərin “gözləntilərini üstələyəcəyini” vəd edir.

Musavat.com xəbər verir ki, əl-Mehdi deyib: “Biz ruslar üçün əsas kurort olmaq, Moskva və Sankt-Peterburqdan çarter reysləri işə salmaq istəyirik ki, Rusiyadan olan tətilçilər Türkiyə, Tunis və Misir əvəzinə bizə uçsunlar. Hər il ən azı 5 milyon rus turisti! Bunun gülməli olduğunu düşündüyünüzü başa düşürəm. Amma biz yenə də necə rəqabət aparacağımız və hansı xidməti təklif edə biləcəyimizlə sizi heyrətləndirəcəyik!”

f27846dcb54beb95caa8e8ef8dfea392.jpg (199 KB)

Rəşid əl-Mehdi daha sonra qeyd edib: "Səudiyyə Ərəbistanı qışda Rusiya Federasiyasından gələn qonaqlar üçün daha maraqlıdır, çünki yanvar ayında Misirdə hava kifayət qədər soyuq olur, Türkiyədə isə daha çox. Qırmızı dənizin Ərəbistan hissəsində bütün il boyu +30 dərəcə isti olur.

Bununla belə, hər kəs bilir ki, Səudiyyə Ərəbistanında hazırda sərt İslam qanunları mövcuddur. Əgər ölkəyə gələndə bir əcnəbidə bir şüşə araq tapılarsa, o, 500 dollar cərimə olunur və ölkədən deportasiya edilir. Ölkədə heç bir restoran spirtli içki təqdim etmir, pivə və ya viskinin açıq satışı olan bir mağaza yoxdur - yalnız alkoqolun fantastik qiymətləri olan "qara bazar" var.

536e43decdaa6ad940bb3f3cc171844d.jpg (104 KB)

Ehtimal edilir ki, Səudiyyə Ərəbistanı yaxın vaxtlarda qanuna dəyişiklik edə və əcnəbilər üçün qapalı otel komplekslərində spirtli içkilərin satışına icazə verə bilər. Bütün dünyada hər şey daxil olmaqla, tətil edənlərə qeyri-məhdud spirt tədarükü nəzərdə tutulur. Məsələn, Misir, Türkiyə, Tunis, Meksika və Kubada belədir. Bu təqdirdə Rusiyadan 5 milyon turistin Səudiyyənin kurortlarına gəlməsi ehtimalı azdır. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR